Bakıda yeni parklanma yerləri yaradıldı

Bakıda yeni parklanma yerləri yaradıldı
30 Okt 2025 15:37

Bakının Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib.

Bu barədə News365.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.

Yaxın günlərdə Uluxanlı və Füzuli küçələrində də parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.


Sizin reklam burada
Sizin reklam burada