Xətaida polis 40 kiloqram narkotik vasitə aşkarlanıb.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28 yaşlı Yadigar Məhərrəmov saxlanlılıblar.
E.Seyfullayevin idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı hər iki şəxsə məxsus 29 kq 290 qr marixuana götürülüb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 1 kq 780 qr heroin və 9 kq 420 qr marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.