Bakıda orta əməkhaqqı News365.az

Bakıda orta əməkhaqqı News365.az
29 May 2025 10:46

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 303,2 manat təşkil edib. 

Bu barədə News365.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. 

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb. 

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada