Bakıda məktəbin həyətində yanğın oldu

Bakıda məktəbin həyətində yanğın oldu
10:00

Paytaxtın Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin həyətyanı sahəsində yanğın baş verib.


News365.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğın nəticəsində məktəbin ərazisində yerləşən tikilinin təxminən 20-25 kvadratmetr sahədə dam örtüyü və içərisindəki əşyalar yanıb.


Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə, o cümlədən şam ağaclarının yerləşdiyi sahəyə yayılmasının qarşısı alınıb


Sizin reklam burada
Sizin reklam burada