Xətai rayonunda gecə saatlarında paytaxtda daha bir səkini özəlləşdirmə faktı qeydə alınıb. Hadisə ilə bağlı görüntüləri izləyicilər Qaçaq Nabi küçəsindən göndəriblər.
News365.az xəbər verir ki, fotolardan da göründüyü kimi, küçədə səkidən qanunsuz şəkildə hissə kəsilərək avtomobillərin dayanması üçün yer genişləndirilib. Sakinlər bildirirlər ki, bu cür müdaxilələr həm piyadaların hərəkət təhlükəsizliyini pozur, həm də küçədə nəqliyyatın axınına mane olur.
Ərazi sakinləri məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini, səkilərin qanunsuz olaraq daraldılmasının qarşısının alınmasını tələb edirlər.

