İranın Xomeyn şəhərində Hafiz Xomeyni adını daşıyan məktəbə hücum edilib.
News365.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı məktəbin yerləşdiyi məhəllədə bir neçə yaşayış evi də zərər görüb.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, fevralın 28-də ABŞ-ın Minab şəhərindəki qızlar məktəbinə zərbələri nəticəsində 160-dan çox şagird həlak olmuşdu.