ABŞ-nin Corciya ştatında şagirdlərin zarafatı müəllimin ölümünə səbəb olub.
Belə ki, orta məktəb şagirdləri müəllimləri
ilə zarafat etmək məqsədi ilə onun evinin qabağındakı ağaca tualet kağızları
atıblar. Nə baş verdiyini aydınlaşdırmaq istəyən 40 yaşlı Ceyson Huqes küçəyə
çıxıb. Hadisə yerinə yaxınlaşarkən o yıxılıb. Bundan təşvişə düşən gənclər
avtomobillərə minərək ordan qaçmaq istəyəndə müəllimi maşınla vurublar. Ceyson
Huqes hadisə yerində ölüb.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən şagirdə ehtiyatsızlıqdan adam öldürmə
ittihamı ilə cinayət işi açılıb. Mərhumun ailə isə şikayətçi olmadıqlarını və
cinayət işinin bağalınılmasını xahiş edib.