Bakı şəhərinin Nəsimi rayonunda “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.