Bakıda bələdiyyələr birləşdirilə və vahid sistem yaradıla bilər - YENİ MEXANİZM

Bakıda bələdiyyələr birləşdirilə və vahid sistem yaradıla bilər - YENİ MEXANİZM
16:52

“Bakıda mövcud bələdiyyələrin birləşdirilərək vahid şəhər bələdiyyəsinin yaradılması hüquqi baxımdan mümkündür, lakin bu, birbaşa inzibati qərarla deyil, geniş qanunvericilik və institusional dəyişikliklər əsasında həyata keçirilə bilər. Hazırda paytaxt ərazisində 50-dən çox rayon və qəsəbə bələdiyyələri fəaliyyət göstərir və şəhərin əsas idarəetmə funksiyaları daha çox Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunur”.

Bu fikirləri iqtisadçı Asif İbrahimov  açıqlamasında səsləndirib:

Azərbaycan iqtisadiyyatı üçün qızıl fürsət – <span style=color:red>2  milyard dollar gəlir - Medianews.az

“Vahid Bakı bələdiyyəsinin yaradılması üçün ilk növbədə inzibati ərazi bölgüsü və bələdiyyələrin statusunu müəyyən edən qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Bu isə yalnız Milli Məclis tərəfindən qəbul edilə biləcək qərarlar əsasında mümkündür və ümumilikdə yerli özünüidarəetmə modelinin yenidən təşkilini tələb edir”.

A.İbrahimov qeyd edir ki, beynəlxalq təcrübə göstərir ki, bir çox paytaxt şəhərlərində vahid böyükşəhər bələdiyyəsi modeli tətbiq olunur və bu, şəhərin vahid plan üzrə inkişafına, resursların daha effektiv idarə olunmasına və yerli idarəetmədə çevikliyin artırılmasına şərait yaradır.

“Bu baxımdan, Azərbaycan Respublikası üçün də gələcəkdə belə modelin tətbiqi nəzəri baxımdan mümkün hesab olunur.

Lakin hazırkı mərhələdə belə bir dəyişiklik yalnız kompleks institusional islahatlar və siyasi qərar əsasında reallaşa bilər”.


Sizin reklam burada
Sizin reklam burada