Bakıda 13 kiloqram narkotik aşkarlandı

Bakıda 13 kiloqram narkotik aşkarlandı
16:49

Bakının Nəsimi rayonunda narkokuryerlikdə şübhəli bilinən 38 yaşlı Elvin Əliyevdən 13 kiloqram narkotik aşkarlanıb.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmaları davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada