Son günlər keçirilən imtahanların çətinliyi müzakirələrə səbəb olub. Bu da Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanı prosesisnin yenidən gündəmə gəlməsinə səbəb olub.
News365.az xəbər verir ki, sabiq Təhsil Naziri Misir Mərdanov məsələyə münasibətini bildirib. Misir Mərdənov İmtahanların çətin olduğunu qeyd edib:
“Biz yeni bir şey ixtira etməli deyilik. Dünya təvrübəsindən istifadə etmək lazımdır. Dünyanın aparıcı ali məktəblərinə qəbul üçün iki fəndən imtahan verilir. Riyaziyyat və dil imtahanı. Bizdə niyə 9 fəndən imtahan verilməlidirlər? Bu sistemi tənzimləmək lazımdır? Təəssüf ki, biz 30 il ərzində doğru addımlar atmadıq. Bir-birimizdən qorxa-qorxa, bir-birimizi aldada-aldada indi də düşmüşük müəllimlərin üstünə ki, bütün günahlar sizdədir. Xeyir günahın əsası bizim öz üzərimizdədir.”