Babək İsgəndərov yüksək vəzifəyə təyin olundu

Babək İsgəndərov yüksək vəzifəyə təyin olundu
19 Fev 2025 13:55

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.   

News365.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.   

Qeyd edək ki, Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsinin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb. 

Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib. 


Sizin reklam burada
Sizin reklam burada