AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək

AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
14:30

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Və ya” verilişi üçün göstəriləcək xidmətlərə görə Qəşəm Mirzə oğlu Nəcəfova (Qəşəm Nəcəfzadə) 2 min 700 manat ödəniş edəcək.

News365.az xəbər verir ki, AzTV bu məqsədlə Qəşəm Nəcəfov (VÖEN – 1601806762) ilə satınalma müqavilələri imzalayıb.

Qeyd edək ki, AzTV bu ödənişi bu ilin aprel-oktyabr aylarında göstəriləcək xidmətlər üçün edəcək.

Onu da bildirək ki, şair Qəşəm Nəcəfzadə həm də Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.



Sizin reklam burada
Sizin reklam burada