Azərbaycanın "Avroviziya 2025" təmsilçisi açıqlandı

Azərbaycanın "Avroviziya 2025" təmsilçisi açıqlandı
04 Fev 2025 20:45

İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək.


News365.az xəbər verir ki, bu barədə "Avroviziya"da Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat yayıb.


Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.


"Mamagama" 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən "Kënga Magjike" beynəlxalq musiqi festivalında uğur qazanıb.


"Mamagama" 3 nəfərdən ibarətdir: Asəf (Frontmen və əsas vokalçı), Hass (Gitara ifaçısı) və Arif (Zərb alətləri).


Sizin reklam burada
Sizin reklam burada