Azərbaycandan xaricə səfər edənlərin sayı 1%-ə yaxın azalıb

Azərbaycandan xaricə səfər edənlərin sayı 1%-ə yaxın azalıb
13:49

Cari ilin yanvar-iyun ayları ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,7 faiz azalaraq 988,2 min nəfər olub.

Bu barədə News365.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 14,2 faiz, Gürcüstana gedənlərin sayı 25,3 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 24,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,1 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 10 faizi İrana, 24,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66 faizini kişilər, 34,0 faizini qadınlar təşkil edib.

    2025-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.


    Sizin reklam burada
    Sizin reklam burada