Azərbaycanda çörək bahalaşacaq? - VİDEO

Azərbaycanda çörək bahalaşacaq? -  VİDEO
26 Apr 2024 08:58

Azərbaycanda çörək və un məmulatlarına tələb azalıb.

Vətəndaşlar arasında keçirilən sorğudan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır.

İqtisadçı Eyyub Kərimli bildirib ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz.

Rəsmi məlumata görə, 2023-cü ildə də unun istehsalı 2.6 faiz, çörək istehsalı isə 3.1 faiz azalıb.

Ətraflı süjetdə:


Youtube kanalımız

Oxşar xəbərlər