Azərbaycana yaz fəsli daxil olub.
News365.az BDU-nun Astrofizika kafedrasına istinadla xəbər verir ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edib.
Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək.
Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Qeyd edək ki, yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.