Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi
16 Mar 2025 15:20

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

Bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Gecə klubunda ölənlərin sayı 51ə çatdı: 100-dən çox yaralı var


“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik.

Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib.

Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb


Sizin reklam burada
Sizin reklam burada