“Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir“- Hikmət Hacıyev

“Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir“- Hikmət Hacıyev
21 Mar 2025 09:15

"Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir".

News365.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.

O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

“Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, - deyə H.Hacıyev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada