"Paşinyanla kilsə qarşıdurması yeni mərhələyə keçir"- Politoloqdan şərh

"Paşinyanla kilsə qarşıdurması yeni mərhələyə keçir"- Politoloqdan şərh
15:40

Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır və baş nazir Nikol Paşinyanla ölkə daxilindəki siyasi və dini müxalifət arasındakı mübarizə daha da kəskinləşərək yeni mərhələyə qədəm qoyur.

Bu barədə politoloq Mübariz Göyüşlü News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən həm xarici, həm də daxili təzyiqlərlə üzləşib. “Əvvəlcə xaricdəki erməni diasporu və lobbi təşkilatlarının etiraz aksiyaları ilə qarşılaşdı və bu mərhələni adlaya bildi. Daha sonra ölkə daxilində siyasi müxalifətin aksiyaları və təzyiqləri ilə qarşılaşdı. Bu mərhələni də uğurla keçdi və hətta növbədənkənar parlament seçkiləri təşkil edərək qalib gəldi”, – deyə politoloq qeyd edib.

Mübariz Göyüşlünün sözlərinə görə, Paşinyana qarşı mübarizənin bir digər mərhələsi isə hərbi müxalifətlə bağlı olub: “Ordu daxilində bəzi qüvvələr revansh cəhdi göstərdilər, lakin bu cəhd uğursuz oldu və həmin şəxslər ordu sıralarından kənarlaşdırıldılar.”

Hazırda isə Ermənistan Apostol Kilsəsi Paşinyana qarşı mübarizədə əsas aktor kimi çıxış edir. Göyüşlünün fikrincə, kilsə artıq müxtəlif bəyanatlarla çıxış edir, keçmiş din xadimlərinin nüfuzundan istifadə edir və aksiyalar təşkil edərək siyasi proseslərə təsir göstərməyə çalışır.

Politoloq hesab edir ki, bu, Paşinyan hökumətinə qarşı təşkil olunan daxili təzyiqlərin sonuncu mərhələsi ola bilər


Sizin reklam burada
Sizin reklam burada