“20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidəki yanğın söndürülüb YENİLƏNİB

“20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidəki yanğın söndürülüb YENİLƏNİB
19:00

Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

“20 yanvar” stansiyasının yaxınlığında açıq ərazi yanır.

FHN-in mətbuat xidmətindən News365.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.


Sizin reklam burada
Sizin reklam burada