Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib.
News365.az xəbər verir ki, bu barədə Avstraliyanın Meteorologiya Bürosu məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ Riverton şəhərinin 208 kilometrliyində baş verib.
Yeraktı təkanların dərinliyi 10,0 km-dir.
Sunami təhlükəsinin olmadığı bildirilib.
Hələlik tələfat və ya əmlaka dəyən ziyan barədə məlumat verilmir.