“Azərbaycan yeni geosiyasi və geoiqtisadi mərhələyə qədəm qoyub” - Telman Nüsrətoğlu

“Azərbaycan yeni geosiyasi və geoiqtisadi mərhələyə qədəm qoyub” - Telman Nüsrətoğlu
15:59

Azərbaycan bölgədə yeni bir geosiyasi və geoiqtisadi mərhələnin əsas aktoruna çevrilməkdədir.

Bu barədə politoloq Telman Nüsrətoğlu News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan xüsusilə son illərdə ard-arda təşkil etdiyi beynəlxalq tədbirlərlə və regional təşəbbüslərlə özünü cazibə mərkəzinə çevirib.

Politoloq qeyd edib ki, Azərbaycanın Qarabağda qazandığı qələbə bu yeni mərhələnin strateji təməlini qoydu:
“Qarabağ zəfəri təkcə hərbi deyil, həm də geosiyasi baxımdan dönüş nöqtəsi oldu. Bu gün Azərbaycan həm Orta Dəhliz, həm Avrasiya nəqliyyat və enerji bağlantıları, həm də Türk dünyasının inteqrasiyası baxımından mühüm rol oynayır.”

Telman Nüsrətoğlunun fikrincə, regionda baş verən konfrontasiyalara və xarici müdaxilə cəhdlərinə baxmayaraq, Azərbaycan öz siyasətini böyük dövlət ağı ilə, səbir və tarazlıqla aparır:

“Biz sanki nəhəng bir buzqıran gəmi kimi irəliləyirik. Xaricdən yönəldilən təzyiqləri neytrallaşdıraraq strateji maraqlarımıza uyğun, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından düşünülmüş addımlar atırıq.”

O, həmçinin qeyd edib ki, iqtisadi əməkdaşlıq təşkilatları çərçivəsində Azərbaycan İslam dünyasında və ümumilikdə regionda böyük coğrafiyaya və resurslara sahib olan ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirir:
“İstər nadir yeraltı sərvətlər, istər dəhlizlər və enerji yolları baxımından Azərbaycan mühüm mövqedədir. Məqsədimiz odur ki, region ölkələri bir-biri ilə əməkdaşlıq edərək xarici imperialist dairələrin təsirindən uzaq dursun və birlikdə inkişaf etsin.”


Sizin reklam burada
Sizin reklam burada