Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya
Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış
tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya
Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor
Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində olan qərardan verdiyi
apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, saxlanılan “Rossiya
Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”)
icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər
Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya"
İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində
saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan
tədbiri seçilib./ APA