İnterneti məhdud olan Şimali Koreyada “Steam” platformasında illərdir görünən tək yaşıl nöqtə maraq doğurur.
News365.az xəbər verir ki, nöqtənin bəzən sönüb, yenidən aktivləşməsi onun bir fərdi hesab, ofis və ya dövlət qurumuna aid ola biləcəyini göstərir.
İrəli sürülən iddialara görə, bu hesab ya Kim Çen Ina, ya yüksək vəzifəli bir şəxsə məxsusdur, ya da dövlət tərəfindən müşahidə məqsədilə yaradılıb.
Hesabın dəqiq kimə aid olduğu hələlik bilinmir.