“Azərbaycan köhnə avtomobillərin idxalını məhdudlaşdırır”- Nəqliyyat eksperti

“Azərbaycan köhnə avtomobillərin idxalını məhdudlaşdırır”- Nəqliyyat eksperti
12:59

İdxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi mühərrikin həcminə görə hesablanır. Mühərrik həcmi kiçik olan avtomobillərə daha az, iri həcmli mühərriki olanlara isə daha yüksək aksiz vergisi tətbiq edilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov News365.az-a açıqlamasında bildirib ki, xüsusilə 7 ildən çox yaşı olan avtomobillərə tətbiq edilən aksiz dərəcələri ölkəyə köhnə nəqliyyat vasitələrinin idxalının qarşısını almaq məqsədi daşıyır:

“Bu addım insanların daha çox yeni avtomobillərə üstünlük verməsinə yönəlib. Köhnə istehsalat avtomobillərinin azaldılması əsas məqsədlərdən biridir”, – deyə ekspert qeyd edib.

Eldəniz Cəfərov vurğulayıb ki, aksiz dərəcələrinin artırılması avtomobillərin qiymətini qaldırmaq niyyəti ilə edilmir:

“Bu, əsasən ekoloji məqsədlə görülən tədbirdir. Sadəcə aksiz vergisi yüksəldikcə, qiymətlərin də artması qaçılmaz olur.”


Sizin reklam burada
Sizin reklam burada