Azərbaycan qətiyyətinin növbəti təntənəsi - FOTO

Azərbaycan qətiyyətinin növbəti təntənəsi - FOTO
09:23
Azərbaycan- ABŞ diplomatik əlaqələri qurulandan sonra ilk dəfə 1997-ci ildə Prezident Heydər Əliyev ABŞ-a səfər edir. Bu səfər çərçivəsində iki ölkə arasında ABŞ- Azərbaycan əlaqələri barədə birgə bəyanat imzalanır. Bu səfər çərmivəsində Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasına ABŞ tərəfindən dəstək əldə edir.
Bu dəstək BTC-nin reallaşdırılması və daha sonra Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Boru kəməri, Tanap kimi layihələrlə Avropanın enerji təhlükəsizliyində rol oynayacaq meqa layihələrin reallaşmasına yol açdı.
2003-cü ildə Oval Kabinetdə Heydər Əliyevlə görüşən Corc Buş Azərbaycanı ABŞ-ın müttəfiqi elan edir.
Barak Obama dönəmində Azərbaycan-ABŞ arasında işguzar təmaslar davam etdirilir. Yalnız Bayden dönəmi illərlə qurulmuş münasibətləri korlayır və tərəflər sadəcə diplomatik protokol çərçivəsin təmaslar saxlayırlar.
Hal-hazırda Vaşinqtonda planlaşdırılan görüş həm regionumuzun gələcəyi baxımından önəmlidir, eyni zamanda qlobal ticarətin inkişaf üçün yeni arteriya olacaq Zəngəzur dəhlizinin açılması baxımından əhəmiyyət kəsb edir.
Vaşinqton görüşü Azərbaycan-Ermənistan arasında imzalanması gözlənən sülh sazişi öncəsi önəmli dayanacaqdı. Bu dayanacaqda tərəflər son dəfə finiş nöqtəsi öncəsi saatlarını sazlayacaq.
Bu görüşdə Azərbaycanın daha 1 tələbi ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət elə Minsk qrupunun həmsədr ölkəsinin iştirakı ilə qəbul ediləcək. Bunan sonra ABŞ-ın təsiri ilə Minsk qrupunun buraxılması haqqında qərarıda yaxın zamanda görəcəyik.
Sülh sazişi isə böyük ehtimalla gələn ilin may və yaxud iyun ayında imzalanacaq. Beləliklə Qafqaz üçün yeni dönəm rəsmən başlayır.
Bir sözlə ABŞ-a hər səfər yeni strateji dönəmin başlaması ilə əlamətdardır.
Aqil Məmmədov, siyasi ekspert

Sizin reklam burada
Sizin reklam burada