Biz etinasızlıqdan ölürük...

Biz etinasızlıqdan ölürük...
09:06
Mən adətən eko-çanta ilə alış- veriş edirəm, əl çantamda həmişə ehtiyat ekoloji təmiz torbam olur. Marketlərdə iki məhsulu ayrı-ayrı sellofan torbaya qoymaq istəyən, paketə yığmağa kömək edən kassirlərə "torba istəmirəm" deyəndə elə zənn edirlər ki mən 3-5 qəpik artıq hesablanır deyə götürmürəm torbanı.
Məsələn, həyətdəki dükandan paketlənmiş çörəyi alıb evə çıxıramsa hətta çantamda eko-torbam yoxdursa əlimdə aparıram. Yaxud həm alma, həm banan almışamsa eyni torbaya qoyuram, artığını götürmürəm. Kassadakı xanım məsələn çörəyi şəffaf paketə qoymaq istəyir, "lazım deyil" deyirəm. "Pulsuzdur" deyir. Yenə izah etmək məcburiyyətindəyəm, "mən o paketi götürüb çörəyi içinə qoyub 10-15 m məsafəyə aparacam, sonrası nə olacaq? Təbiətə atacam məcbur. Etinasız-etinasız baxır.
Bayaq da mağazadan pomidor, soğan aldım. Hər ikisinin ayrıca çəki torbası vardı, kassada qız ikisini yenidən əlavə torbaya qoymaq istədi, dedim istəmirəm, o da "torba pulsuzdur" dedi. Dedim pullu olduğunu düşündüyüm üçün demirəm, çalışıram polietilen istifadəsini minimuma endirim, təbiətə zərər vurmayım. O da susdu, laqeyd-laqeyd baxdı.
Məncə biz etinasızlıqdan ölürük. Hamı fikirləşir ki guya mən atmasam o plastikləri təbiətə, başqası atmayacaq? Bir artıq, bir əskik, nə fərqi var?
Lalə Mehralı, sosioloq
PS: Hər il dünyada 1 trilyon sellofan-polietilen torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqram polietilen torbanı dənizə atır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir.

Sizin reklam burada
Sizin reklam burada