ABŞ Maduronun həbsinə görə mükafatı 50 milyon dollara qaldırdı

ABŞ Maduronun həbsinə görə mükafatı 50 milyon dollara qaldırdı
10:53

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun həbsinə və ya mühakimə olunmasına səbəb olan məlumat üçün verilən mükafatı 50 milyon dollara yüksəldib.

News365.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

Açıqlamada Maduronun ABŞ-nin narkotik qanunlarını pozduğu və Dövlət və Ədliyyə Departamentlərinin Narkotik Mükafat Proqramı (NRP) çərçivəsində Venesuela prezidentinin həbsinə və ya məhkum edilməsinə səbəb olan məlumatlara görə verilən mükafatı 50 milyon dollara qədər artırdığı qeyd edilib.

İddia edilir ki, Maduro on ildən artıqdır ABŞ-yə narkotik qaçaqmalçılığından məsul olan “Cartel de los Soles” qrupunun lideri olub. ABŞ Maliyyə Nazirliyi iyulun 25-də "Cartel de los Soles"i Xüsusi Təyin olunmuş Qlobal Terrorist (SDGT) kimi təyin edib.

Açıqlamada ABŞ-nin Maduronu 2024-cü il seçkilərinin qalibi kimi tanımadığı və onu Venesuela prezidenti kimi qəbul etmədiyi vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada