Supermarketdən oğurluq edən futbolçunun müqaviləsinə xitam verilib

Supermarketdən oğurluq edən futbolçunun müqaviləsinə xitam verilib
15:39

İrlandiyanın "Kerri" futbol klubu yerli supermarketdən birindən oğurluq etdiyi iddia edilən zimbabveli müdafiəçisi Şeyn Marudza ilə yollarını ayırıb.

News365.az "Pundit Arena" portalına istinadən xəbər verir ki, futbolçu ilə iyulun 25-də sözləşmə imzalanıb, bundan 4 gün sonra isə müqaviləyə xitam verilib.

Komanda Marudza ilə yanaşı, qapıçı Matias Randriamami ilə də vidalaşıb.

"Təəssüf ki, prinsipləri klubun standartlarına uyğun gəlmir", - "Kerri"nin mətbuat xidmətinin bəyanatında deyilir.



Sizin reklam burada
Sizin reklam burada