Xəbər verdiyimiz kimi, bu gün Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması gözlənilir.
News365.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında sülhlə bağlı paylaşım edib.
"Sülhü təmin edənlər necə də xoşbəxtdirlər, çünki onlar Allahın övladları adlanacaqlar."
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.