“Bu gün
vasitəçi ABŞ olsa da mövcud sülh atmosferini yaradan, onu mümkün edən, Ermənistanı
imza atmağa məcbur edən ölkə birmənalı şəkildə Azərbaycandır. İndi isə ABŞ
prosesi son mərhələyə çatdırmaq, müqavilənin bağlanması üçün qarşıdakı maneələri
süpürüb kənara atmaqla məşğuldur və o bunu bacarır. Bu bugünkü reallıqdır”.
Bunu News365.az-a
açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, sabahın
isə özünə məxsus reallığı olacaqdır:
“Zəngəzur dəhlizinin
beynəlmiləlləşməsi və açılması, ABŞ-ın regionda iqtisadi iştirakı Qafqazda yeni
bir nizam formalaşdıracaq. Növbəti 20–30 ildə isə əsas həlledici faktir
iqtisadi model seçimi olacaqdır. İqtisadi modelini Amerikanın iqtisadi
arxitekturasına daha yaxın quran ölkələr digər qonşularından daha güclü
oyunçulara çevriləcək. Bu mərhələ artıq başlayır”.
News365.az