Oktyabrın 3 - də Azərbaycan Dillər Universitetində “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində tələbə - gənclər və gənc tədqiqatçıların iştirakı ilə konfrans keçirilib.
Konfransda Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurun tarixi, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə dair məruzə və çıxışlar dinlənilib. Konfrans zamanı layihə çərçivəsində çap olunmuş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.
“Qarabağ”
İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin
Mehdiyev öz çıxışında layihənin əsas məqsədinin Qərbi
Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan
hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi fəaliyyətlərin
araşdırılması, müxtəlif vasitələrlə yerli və xarici
ictimaiyyətə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılması
olduğunu bildirib. O əlavə edib ki, layihə çərçivəsində çap olunmuş kitab
tarixi Qərbi Azərbaycan ərazisində yaşamış aborigen azərbaycanlı əhalinin
fiziki və maddi-mədəni izlərinin silinməsi istiqamətində Ermənistan Respublikası
tərəfindən həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini
aşkarlamağa xidmət edir.
“Ermənistanın
toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim
Mustafa məruzəsində Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin
köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata
keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik
erməni dövlətinin yaranması prosesindən danışıb, yeni nəşr olunmuş kitabda Qərbi
Azərbaycanın etnotoponimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və
fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd edib.
Mövzu
elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların,
tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.
Konfrans
zamanı tələbə və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonda “Qarabağ”
İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı
olan “Göyçə - itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilib.
Konfrans
zamanı poliqrafiya, çap məhsulları iştirakçılara paylanıb. Təqdim olunan layihənin donoru
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.