“Azərbaycan beynəlxalq səviyyədə nüfuzu artan bir ölkədir“- Politoloq

“Azərbaycan beynəlxalq səviyyədə nüfuzu artan bir ölkədir“-  Politoloq
15 Apr 2024 10:54

"Ikinci Qarabağ müharibəsindən sonra, Azərbaycanın tək regionda deyil, uzun müddət Qoşulnama Hərəkatına rəhbərlik edən bir dövlət kimi beynəlxalq səviyyədə də nüfuzu artan bir ölkədir".

Politoloq Taleh Əliyev bunu news365.az- açıqlamasında deyib.

"Bu kimi proseslərdə Azərbaycanın artıq bir ənənəsində formalaşıb. Biz nəzərə alsaq ki, Fransa müstəmləkəsi olan Yeni Kaladoniyanın müstəqillik hərəkatına Azərbaycan tərəfinin vermiş olduğu beynəlxalq dəstək, o cümlədən Koricqada əzilən Koricqa xalqının dəstəklənməsi də artıq Azərbaycanın beynəlxalq bir aktyora çevrilməsinin göstəricisidir ki, bu baxımdan, uzaq Kaladoniyada, Koricqada hüququ tapdalanan insanları Azərbaycan tərəfi müdafiə edirsə, özünün də yerləşdiyi regionda 40 milyondan çox olan Güneydəki soydaşlarımızın olduğu bir ölkəni içərisinə alacaq bir müharibənin olmamasına Azərbaycan tərəfinin çağırış etməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun göstəricisidir"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər