Prezident İlham Əliyev: “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir”
Azərbaycan Respublikası və Almaniya Federativ
Respublikası arasında ikitərəfli münasibətlər uzun illər ərzində inkişaf etmiş
və müxtəlif sahələri əhatə etmişdir. Bu münasibətlər siyasi, iqtisadi, ticarət,
mədəniyyət və elmi əməkdaşlıqla zənginləşmişdir. Azərbaycan və Almaniya
arasında siyasi münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində
qurulub. İki ölkə arasında yüksək səviyyəli danışıqlar və təmaslar mütəmadi
olaraq həyata keçirilir. Azərbaycan və Almaniya arasında bir çox mövzularda müzakirələr
aparılır, o cümlədən regional təhlükəsizlik, iqtisadi inkişaf, enerji sahəsi və
insan hüquqları. Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının
müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında
diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur.
Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il tarixində açılmışdır.
Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci il tarixində açılmışdır.
1992-ci ildən etibarən Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni
və digər sahələrdə əməkdaşlıq inkişaf etməyə başlamışdır. Hər iki ölkə
bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərmiş və beynəlxalq
təşkilatlarda qarşılıqlı dəstək vermişlər.
Almaniya Azərbaycanın müstəqilliyini tanıyan
ilk Qərb ölkələrindən biri olmuşdur və bu münasibətlərin başlanğıcı həmçinin
ikitərəfli əlaqələrin inkişafına təkan vermişdir. Diplomatik əlaqələrin
qurulmasından sonra, xüsusilə iqtisadi, ticarət və mədəni sahələrdə sıx
əməkdaşlıq getdikcə daha da güclənmişdir. Bu müddət ərzində hər iki ölkə
müxtəlif sahələrdə müsbət inkişaflar əldə etmiş və müştərək layihələr həyata
keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya
Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də
Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında
əlaqələrin inkişaf tarixinə toxunmuşdur: “Həm təkbətək görüşdə söhbət
əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda
Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam
əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi
sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral
aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi
Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona
görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin
şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan
enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var,
Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların
sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal
gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi
Avropaya ixrac ediləcəkdir”. Prezindetlərin danışıqları zamanı Azərbaycan ilə
Almaniya arasında əməkdaşlığın mövcud beynəlxalq vəziyyətdə və qlobal
çağırışlar fonunda necə daha da gücləndirilə biləcəyinə dair konkret təkliflər
irəli sürülüb. Bu görüşlər, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsinə zəmin yaradacaq əhəmiyyətli addımların atılması üçün
yaxşı bir platforma olub.
Bu səfər, iki ölkə arasındakı əlaqələrin daha
da möhkəmlənməsi və yeni əməkdaşlıq perspektivlərinin açılması baxımından mühüm
əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Almaniya ilə iqtisadi əlaqələrin
daha da genişlənməsi üçün hər cür dəstəyə hazır olduqlarını bildirib və belə
səfərlərin qarşılıqlı anlayış və əməkdaşlıq üçün mühüm töhfələr verdiyini
vurğulayıb. Dövlət başçısının bu bəyanatı Azərbaycanın Almaniya ilə əlaqələrini
daha da möhkəmləndirmək və iki ölkə arasında strateji əməkdaşlığı inkişaf
etdirmək məqsədini daşıyır.
Azərbaycan və Almaniya arasında davamlı
siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq
həyata keçirilir. Bu siyasi dialoq hər iki ölkənin bir-birini daha yaxşı
anlamasına və əməkdaşlıq sahələrində irəliləyiş əldə etmələrinə imkan verir. Bu
əlaqələr çoxşaxəli və genişdir, xüsusən iqtisadiyyat və humanitar sahələrdə
birgə fəaliyyətlər güclüdür. Azərbaycan və Almaniya arasında yüksək səviyyəli
siyasi dialoq davamlı olaraq aparılır. Hər iki ölkə bir-birinin suverenliyinə,
ərazi bütövlüyünə və daxili işlərinə hörmətlə yanaşır. Bu dialoq həm regional,
həm də beynəlxalq məsələlərdə əməkdaşlığı əhatə edir. Avropa İttifaqı ilə
əlaqələr, Cənubi Qafqazın təhlükəsizliyi, enerji siyasəti və digər qlobal
məsələlərdə birgə mövqelər gücləndirilir. Diplomatik təmaslar, xüsusilə iki
ölkənin Xarici İşlər Nazirlikləri arasında intensiv şəkildə həyata keçirilir.
Almaniya Azərbaycanın mühüm ticarət
tərəfdaşlarından biridir. Ticarət dövriyyəsi artmaqdadır və əsasən sənaye
məhsulları, maşınlar, avtomobillər, texnologiya və kimya məhsullarının ixracını
əhatə edir. Həmçinin, Azərbaycan öz təbii sərvətləri, xüsusilə enerji (neft və
qaz) sektorunda Almaniya ilə əməkdaşlıq edir. Almaniya şirkətləri Azərbaycanda
investisiya qoyurlar və bir çox sahələrdə, o cümlədən neft-qaz, infrastruktura,
təhsil və təbiət resursları sahəsində fəaliyyət göstərirlər.
Azərbaycan
və Almaniya arasında ikitərəfli münasibətlər çoxşaxəlidir və hər iki tərəf bu
əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. Siyasi, iqtisadi, mədəni və
sosial sahələrdəki əməkdaşlıq, gələcəkdə daha da möhkəmlənə bilər, çünki bu
əlaqələr həm Azərbaycan, həm də Almaniya üçün mühüm strateji əhəmiyyət kəsb
edir. Almaniya Prezidentinin Azərbaycana son səfəri Azərbaycan ilə Almaniya
arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi,
həmçinin yeni əməkdaşlıq sahələrinin inkişafı baxımından əhəmiyyətli bir
mərhələdir. Almaniya Azərbaycan üçün mühüm bir strateji tərəfdaş olmaqla
yanaşı, Azərbaycan da Almaniya üçün Cənubi Qafqazda vacib bir tərəfdaşdır.
Prezidentlər İlham Əliyev və Frank-Valter Ştaynmayerin apardığı danışıqlar, iki
ölkənin iqtisadiyyat, ticarət, enerji, mədəniyyət və digər sahələrdə daha sıx
əməkdaşlıq etməsi üçün imkanlar yaratmışdır. Bu səfər, həmçinin, Azərbaycan və
Almaniyanın bir-birinə olan etibarını daha da artıracaq və qarşılıqlı faydalı
layihələrin həyata keçirilməsi üçün zəmin hazırlayacaqdır. Bu nöqteyi-nəzərdən,
Almaniya Prezidentinin səfəri, iki ölkə arasında mövcud əlaqələri daha da
inkişaf etdirmək və yeni mərhələyə keçirmək üçün böyük imkanlar yaradacaqdır.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri