2020-ci ilin Vətən müharibəsindən sonra işğaldan azad edilmiş bölgələrimizdə həyatın bərpası və yeni idarəetmə Azərbaycanın qarşısında yeni mərhələ kimi başladı.
Bu bölgələrin hər biri strateji və mənəvi baxımdan qiymətsizdir. Ona görə də bu ərazilərin idarə olunması da fərqli yanaşma tələb edirdi.
Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı fərmanla “İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri” təsis olundu.
Bu addım yeni dövrün idarəetmə modelini formalaşdırdı. Burada əsas istiqamət mərkəzləşdirilmiş, çevik və birbaşa Prezidentə tabe olan sistemdir.
Azad edilmiş bölgələrdə Prezidentin xüsusi nümayəndələri dövlət başçısının tam etimad etdiyi, seçilmiş şəxslərdir.
Bu nümayəndələr bölgələrdə bərpa və yenidənqurma prosesinə rəhbərlik edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, sosial-iqtisadi layihələrin icrasına nəzarət edirlər.
İşğaldan azad edilmiş əraziləri yalnız bərpa edilən bölgələr kimi qiymətləndirmək olmaz.
Azərbycan 30 ildən artıq işğalda qalan bu bölgələrin sanki “nazı ilə oynayır”. Çünki hər yol, hər məktəb, hər körpü həm də milli qürurun, qayıdışın simvoludur.
Azad edilmiş bölgələr Şəhidlərimizin əmanətləridir.
Simvolik baxımdan bu prosesin ilk dayanacağı Şuşa idi. Qələbənin tacı sayılan bu şəhər Azərbaycanın mədəniyyət paytaxtı elan olundu, “Böyük Qayıdış” proqramının təməli də buradan qoyuldu.
Prezident İlham Əliyev azad edilmiş bölgələrdə ardıcıl şəkildə xüsusi nümayəndələr təyin edib. Və hər təyinat həm siyasi, həm də strateji mesaj daşıyırdı.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovdur.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovdur.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevdir.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovdur.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, azad edilmiş ərazilərin bərpası böyük dövlət ideologiyasıdır.
Burada hər bir addım planlı, düşünülmüş və yüksək səviyyədə koordinasiya olunur.
Prezident Administrasiyasına birbaşa tabe olan nümayəndələr bu məqsədlə təyin edilir. Onlar dövlətin siyasi iradəsi ilə praktiki icra mexanizmini birləşdirirlər.
İşğaldan azad edili edilmiş bölgələrdə gedən işlər onu deməyə tam əsas verir ki, bu, Azərbaycan dövlətçiliyinin yeni mərhələsidir.
Bu bölgələrdəki Prezidentin xüsusi nümayəndələri etimad simvoludur.
Onlar “Böyük Qayıdış”ın ön cəbhəsində dayanır, həm iqtisadi, həm sosial, həm də mənəvi dirçəlişin daşıyıcısına çevrilirlər.
Və bu gün Kəlbəcərdən Zəngilana, Şuşadan Laçına qədər hər yerdə bir reallıq hiss olunub.