Aygün Kazımova bu universitetdə konsert verəcək

Aygün Kazımova bu universitetdə konsert verəcək
09:33

Xalq artisti Aygün Kazımova Bakı Dövlət Universitetinin (BDU) 2025/2026-cı tədris ilinin məzunları üçün nəzərdə tutulan Məzun Günündə konsert proqramı ilə çıxış edəcək.

News365.az-ın məlumatına görə, Azərbaycanın pop musiqisinin tanınmış siması məzunlar üçün təşkil olunacaq təntənəli tədbirin əsas qonaqlarından biri olacaq.

Qeyd edək ki, BDU-nun Məzun Gününün iyunun 12-də Milli Gimnastika Arenasında keçirilməsi nəzərdə tutulur.

Tədbirdə universitet rəhbərliyinin, müəllim heyətinin, məzunların və onların ailə üzvlərinin iştirakı gözlənilir./// bakıvaxtı


Sizin reklam burada
Sizin reklam burada