Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ-21010” markalı minik avtomobili piyadanı vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.