İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”
09:23

ABŞ-ın "SpaceX" şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər.

 Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.

"İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər", - deyə o bildirib.

Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə nikbin yanaşmağa üstünlük verdiyini bildirib.

Milyarder sahibkar hesab edir ki, təxminən 10 il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini öz üzərinə götürəcək və insanların işləməsi "könüllü seçimə" çevriləcək.

Onun fikrincə, bu proses nəticəsində dünyada "misilsiz bolluq" yaranacaq və pul əvvəlki əhəmiyyətini itirəcək. 


Sizin reklam burada
Sizin reklam burada