Naxçıvanın bəzi ərazilərində qaz kəsiləcək

Naxçıvanın bəzi ərazilərində qaz kəsiləcək
23 İyl 2026 23:54

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir-quraşdırma işləri ilə əlaqədar 24 iyul saat 14:10-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Atabəylər və Əlincə məhəllələrinin, eləcə də Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatının təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa ediləcəyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada