Avstraliyada təhlükəli gecə: Silahlı hücum can aldı

Avstraliyada təhlükəli gecə: Silahlı hücum can aldı
13:20
Avstraliyada silahlı hücum: ölən və yaralananlar var, polis axtarışları genişləndirib

Avstraliyanın Yeni Cənubi Uels ştatında silahlı hücum baş verib.

Hadisə nəticəsində üç nəfər həyatını itirib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

News365.az-ın məlumatına görə, ölənlər arasında iki qadın və bir kişi var. Yaralanan şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Polis hadisəni törədən şəxslərin hələ saxlanılmadığını bildirib. Təhlükəsizlik məqsədilə ərazi sakinlərinə evlərini tərk etməmək və hadisənin baş verdiyi bölgədən uzaq durmaq tövsiyə olunub.

Hazırda hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizin reklam burada
Sizin reklam burada