Avstraliya Ukraynaya “Abrams” tanklarının əksəriyyətini verib

Avstraliya Ukraynaya “Abrams” tanklarının əksəriyyətini verib
19 İyl 2025 20:30

Ukrayna Avstraliyadan “M1A1 Abrams” tanklarının ilk partiyasını alıb.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün Telegram kanalında məlumat verib.

“Avstraliya “M1A1 Abrams” tanklarının ilk partiyasını Ukraynaya təhvil verib. Təhvil verilən 49 tankın əksəriyyəti artıq Ukrayna Silahlı Qüvvələrində xidmətdədir”, - o yazıb.

Şmıqalın sözlərinə görə, digər texnika yaxın aylarda Ukraynaya təhvil veriləcək


Sizin reklam burada
Sizin reklam burada