“Avropa yenidən özünə nasist bayrağı tapıb”- Lavrov

“Avropa yenidən özünə nasist bayrağı tapıb”- Lavrov
27 May 2025 16:05

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropanı nasist ideologiyasına bənzər mövqelər sərgiləməkdə ittiham edib.

O, Qərbin Rusiyaya qarşı siyasətini “uğursuz və çıxılmaz bir avantüra” adlandırıb.

News365.az xəbər verir ki, Lavrov çıxışı zamanı belə deyib.

“Avropa yenidən özünə nasist bayrağı tapıb ki, Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədilə növbəti dəfə tamamilə dalana dirənmiş və uğursuz bir avantüraya baş vursun. İndiki Almaniya liderinin çıxışında ‘Avropa hərbi gücünün lideri olacağıq’ sözlərini eşitmək isə... siz təsəvvür edin... Biz Hitlerin nasizminin darmadağın edilməsinin 80 illiyini qeyd etdiyimiz bir zamanda belə bəyanatlar olduqca simvolik görünür. Tarix, görünür, bu insanlara heç nə öyrətməyib.” - deyə o, qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada