“Azərbaycan
hökuməti özünə sərf edən sahələrdə tez-tez Azərbaycanı Avropa ilə müqaisə edir,
məsələn, deyir bizdə vergilər aşağıdır, kommunal xidmətlər ucuzdur, və s. – düz
də deyir, amma, belə müqaisə mənzərəni tam göstərmir. Düşündüm ki, minimum və
orta əmək haqqına düşən yanacaq qiymətlərini müqaisə etsəm, ümumi təsəvvürlər
yarana bilər”.
Bunu
iqtisadçı Natiq Cəfərli deyir.
O, əlavə edir
ki, məsələn, Lüksenburqda mimimum əmək haqqı 2704 avrodur və bu vəsaitə həmin
ölkədə 1510 litr benzin düşür, Almaniyada 2343 avrodur – 1165 litr benzin almaq
olar, İspaniya 1381 avro – 896 litr benzin, AB-nin ən kasıb ölkəsi olan
Bolqarıstanda 620 avrodur – 416 litr benzin düşür. Azərbaycanda minimum əmək
haqqı 400 manat, yəni 202 avrodur – bu vəsaitə 250 litr benzin düşür:
“Keçək orta
aylıq əmək haqqına – Lüksenburqda maaş 5900 avro – 3296 litr benzin, Almaniyada
4200 avro – 2089 litr, İspaniyada 2350 avro – 1525 litr, Bolqarıstanda 1150
avro – 771 litr, Azərbaycanda 1151 manat, yəni, 581 avro – 719 litr. Avro-manat məzənnəsi 1.98-la, qiymət isə
“premium” markalı benzinlə götürülüb, çünki, AB-də Aİ-92 markası yoxdur...”
News365.az