Avropa Komissiyası Gürcüstana qarşı sanksiyalar tətbiq etmək ehtimalını nəzərdən keçirir.
News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper brifinqdə danışıb.
“Apardığımız müzakirələrdə sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına qədər digər variantlar da nəzərdən keçirilib. Bununla yanaşı, əvvəl bildirdiyimiz kimi, Gürcüstanla siyasi təmaslarımızın səviyyəsini tamamilə azaltmışıq, ölkə rəhbərliyinə maliyyə yardımını dayandırmışıq və vətəndaş cəmiyyətinə dəstəyimizi artırmışıq”, - Hipper qeyd edib.
Qeyd edək ki, Gürcüstan rəhbərliyi 2024-cü ildə Avropa İttifaqına inteqrasiya məsələlərini 2028-ci ilə qədər təxirə salmaq barədə qərar qəbul edib. Bunun ardınca ölkədə etiraz aksiyaları başlayıb, müxalifət isə parlamentdə iştirak etməkdən imtina edib.