İsraildə saxlanılan fələstinli məhbuslar azadlığa buraxılır.
News365.az xəbər verir ki, İsrail həbsxanalarında uzun müddət saxlanılan 1966 fələstinli məhbus artıq azad edilmək üçün avtobuslara yerləşdirilib.
Musavat.com-un məlumatına görə, onlardan 250 nəfəri Qərb sahili, Qüds və digər ərazilərə göndəriləcək, qalan 1716 nəfər isə Qəzza zolağında, Nasser xəstəxanasının yaxınlığında azad olunacaq.
“Reuters” agentliyi bildirir ki, azad ediləcək şəxslər arasında qadınlar və azyaşlılar da var. Bu sərbəst buraxılma İsrail və Qəzza arasında əldə edilmiş atəşkəs razılaşmasının tərkib hissəsidir və bölgədə sülh prosesinə töhfə verməsi gözlənilir.
News365.az