Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək
15:04

Türkiyədə vəfat edən Xalq artisti Rasim Balayevin nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayev vəfat etdi


Bu barədə mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.

Onun sözlərinə görə, hazırda bununla bağlı təşkilati proseslər davam edir və sənətçinin nəşinin axşam saatlarında vətənə gətiriləcəyi gözlənilir:

“Proseslər davam edir, ehtimal olunur ki, bu gün axşam saatlarında gətiriləcək. Rasim Balayevin aldığı müalicələrə ürəyi tab gətirmədi və dayandı”.

Qeyd edək ki, Rasim Balayev bu gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada