Arzu Orucov həbs edilib

Arzu Orucov həbs edilib
03 İyn 2024 10:59

Əvvəllər məhkum olunan baş redaktor həbs edilib.

News365.az xəbər verir ki, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə ittiham olunan “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.

Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. /// apa


Sizin reklam burada
Sizin reklam burada