Aralıq dənizində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Mənbə qeyd edir ki, saat 07:20-də episentri Aralıq dənizi olan 4,3 maqnitudalı təkan baş verib.
Zəlzələnin 6,34 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.