Alimlər Antarktidanın buzlarının altında 332 nəhəng kanyon aşkar ediblər.
Kanyonların bəziləri 4 000 metrdən də dərin ola bilər.
Nəşr xəbər verir ki, bu kanyonlar əvvəllər məlum olmayıb.
Tədqiqat Barselona Universiteti və İrlandiyanın Kork Universiteti tərəfindən dəniz dibinin yüksək dəqiqlikli xəritələşdirilməsi sayəsində aparılıb. Araşdırma nəticəsində məlum olub ki, kanyonların sayı əvvəllər təxmin ediləndən beş dəfə çoxdur. Yeni araşdırma şərq və qərb Antarktida kanyon sistemləri arasında böyük fərqlilikləri ortaya qoyub. Şərq kanyonları daha inkişaf etmiş, mürəkkəb strukturlu və çoxbudaqlıdır, qərb kanyonları isə qısa və dikdir.
Alimlər bildirirlər ki, bu kanyonlar okean və qitə şelfləri arasında suyun hərəkətinə təsir edir, buz örtüklərinin əriməsini sürətləndirir və qlobal okean səviyyəsinə təsir göstərir.